Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC İR biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
Təhsil: Ali (İnsan Resursları, İqtisadiyyat və ya idarəetmə ixtisasları arzuolunandır)
Vəzifə funksiyaları:
- İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək;
- Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurulmasını koordinasiya və təmin etmək;
- Vəzifə funksiyalarının effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini (KPIs) müəyyən etmək;
- Kritik vəzifələrin və əməkdaşların davamçıları üçün sistemli yanaşma hazırlamaq və prosesin işləyişini koordinasiya və təmin etmək;
- Rəhbər, mütəxəssis və ekspert heyəti üçün talant hovuzunun yaradılmasını təmin etmək;
- Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək;
- İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin,vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək;
- İllik işçi bağlılıq və məmnuniyyət sorğularını keçirmək.
Tələblər:
- Əməkhaqqıda bonus sistemlərinin qurulması və imtiyazlar sahəsində biliklər;
- İş və iş yükü analizləri sahəsində təcrübə;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş dəyərləndirilməsi sahəsində biliklər;
- İnsan resurslarının planlaşdırılması sahəsində biliklər
- Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər;
- Yüksək səviyyədə MS Excel biliyi
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR biznes analitik” yazmaqla müraciət edilir.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...