Qısa məzmun
“İMZA Group” MMC şirkəti Müəllim (İngilis dili, Coğrafiya, Fizika,Riyaziyyat,Biologiya) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
“İMZA Group” MMC tədris mərkəzi 2022-2023 tədris ili üçün 5-11ci sinif məktəb fənləri üzrə müəllimlərin işə qəbulunu elan edir.
İşəqəbul aşağıdakı fənlər üzrə həyata keçi̇ri̇ləcək:
- İngilis dili
- Riyaziyyat
- Biologiya
- Fizika
- Coğrafiya
Mi̇ni̇mum vakansi̇ya tələbləri̇:
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqları
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma və s.)
- Sahə üzrə 1ildən 3 ilə qədər pedaqoji təcrübə
Nami̇zəddə axtarilan xüsusi̇yyətlər:
- Milli Kurikulum (DİM proqramı) istiqamətində dərsləri təşkil etmək
- Dərs proqramını hazırlamaq
- Fənnin tədrisi ilə bağlı hesabatları hazırlamaq
- Müasir Təlim Texnologiyalarından və proqramlardan istifadə bacarıqlarının dərslərdə və dərslərə hazırlaşma mərhələlərində tətbiq etmək
- Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
- Tədris mərkəzinin təlim-tədris və sosial fəaliyyətlərinə töhfə verməsi
- Şagirdlərlə fərdi və qrup şəklində işləmə həvəsi və bacarığı
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Pozitiv və effektiv ünsiyyət bacarıqları
- Özünü daim inkişaf etdirmə və öyrənmə istəyi
İş qrafiki – 9:00-dan 21:00-dək; (Dərs saatlarına uyğun olaraq)
Son müraciət tarixi: 10 Mart 2022
Maraqlananlar http://bit.ly/İMZAməktəb İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
İngilis dili müəllimi
Flag Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir ...