Qısa məzmun
Ə/h razılaşm ayolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Tibb işçisi vəzifəsi üzrə vakansiya elan edir. Tibbi deontologiyanı bilməlidir.
- İş yeri: Salyan
- İş təcrübəsi: 5-7 il
- Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili)
- Yaş həddi: 30-55 yaş
İşin Təsviri: Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək;
- Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.
Tələblər:
- Tibbi deontologiyanı bilmək;
- Tibb bacısının iş prinsiplərini bilmək;
- Microsoft Office proqramlarını bilmək arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yaşayış yerinə uyğun – “Tibb işçisi Salyan” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...