Qısa məzmun
Perkins Administrativ assistent (Katibə) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək, gündəlik görüləcək işlərin planlaşdırılması, verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri qovluqlarda düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi
- Qonaqların qarşılanması və servisi (çay, qəhvə, su)
- Ofisin təmizliyinə nəzarət
- Lazım olan sənədlərin scan, print və kserokopiya olunması
Namizədə tələblər:
- Cinsi: Qadın
- Azərbaycan və rus dili biliyi
- Yaş həddi – 22-35 yaş
- Ofis proqramları üzrə biliklər (Excel, Word, PPT)
- Səliqəli və işgüzar görünüş
İş barəsində:
- İş yeri Nərimanov rayonu, Dərnəgül şossesi, Ziya Bünyadov pr., 2096-cı məhəllə ünvanında yerləşir
- I-V günlər- 9:00-18:00 , VI gün – 9:00-13:00
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı razılaşma əsasında
Namizədlərdən şəkilli CV-lərini elektron ünvanına göndərməkləri xahiş olunur
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...