Qısa məzmun
AZFP Co. LTD / Milla şirkəti Dispetçer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Nəqliyyat vasitələrinin əraziyə göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, eyni zamanda nəqliyyat vasitələrinin xətdən qayıtmadığı bütün hallar barədə şöbə rəhbərinə məlumat vermək
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda dərhal onun haqqında rəhbərliyi məlumatlandırmaq
- Avtomaşında baş verə biləcək nasazlıqlarla əlaqəli qaraja məlumat vermək , təmirini təşkil etmək və izləmək
- Sürücülərin iş qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək
- Optimal marşrut xətlərini hazırlamaq, sifariş və çatdırmaları əraziyə və yük maşınına uyğun düzgün şəkildə bölmək
- Yüklərin vaxtında və təhlükəsiz çatdırılmasına nəzarət etmək
Qrafik: Həftə ərzində 40 saatı keçməmək şərtilə 6 iş günü. Bazar istirahət günüdür.
Namizədə tələblər:
- İdarəetmə və komanda ilə iş bacarığı olmalı
- Operativ, dəqiq və məsuliyyətli olmalı
- MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir
- Bakı şəhəri və regionları yaxşı tanımalı
- Fiziki cəhətdən tam sağlam olmalı
- Sürücülük vəsiqəsi :BC kateqoriyası olmalıdır
Namizədlərdən “Dispetçer” başlıqlı CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...