Qısa məzmun
Zəfəran Hospital Həkim laborant vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş: 22-45 yaş;
- Təhsil: Ali tibb təhsili mütləqdir;
- Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Müasir laboratoriya avadanlıqları ilə işləyə bilmə bacarığı
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müayinələrin, avadanlıqların işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparmaq;
- Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət etmək;
- Laboratoriyadaxili nəzarətin həyata keçirilməsini təmin etmək.
İş şəraiti:
- İş qrafiki: I-V gün 09:00-17:00, VI gün 09:00-15:00
- Əmək haqqı: 600-700 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30 küç.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Həkim laborant” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...