Qısa məzmun
Ə/h 500 AZN. Titan Group Mal-material mühasibi vəzifəsi üzrə vakansiya elan edir. Excell proqramında yüksək səviyyədə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda ERP proqramında əks etdirilməsini təmin etmək;
- Material anbarı və maddi məsul şəxslərin anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və sistemə işlənilməsinin icra edilməsi;
- Mal-materiallar üzrə ilkin sənədlərin (elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktı hazırlanması, invertarizasiya aktı və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət) tərtib və qəbul edilməsi və uçotda əks etdirilməsi;
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılması tələb və təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunması, məbləğinin hesablanmasının həyata keçirilməsi;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Rəhbərlik və rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər:
- Yaş həddi: 25-50
- Ali təhsil; (Maliyyə və iqtisadiyyat ixtisası üzrə)
- Dil bilikləri: Azərbaycan-ana dili, Rus və İngilis dilləri biliyi arzuolunandır;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
- MS Office (Word, Excel), Logo, ERP və 1C 8.2 proqramlarından istifadə bacarığı.
İş qrafiki:
- İş qrafiki: 08:00-17:00; (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, Suraxanı rayonu.
- Nahar və servis: Şirkət tərəfindən verilir
- Əmək haqqı: Müsahibə zamansı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.
- Uyğun olan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mal material üzrə mühasib” qeyd etməklə hr@titan.az mailinə göndərməklərini xahiş edirik
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...