Qısa məzmun
Norm OJSC Aparıcı Hüquq Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə ali təhsil (bakalavr və magistr dərəcəsi)
- Əlaqədar sahə üzrə 7 il iş təcrübəsi
- Yerli qanunvericilik,beynəlxalq xüsusi hüquq və müqavilələrin idarə olunması üzrə biliklər
- MS office proqramlarından istifadə bacarığı
- İnglis dilinin yüksək səviyyədə biliyi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
- Liderlik
Vəzifə və Öhdəliklər:
- Sazişlər və hüquqi gücə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması;
- Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
- Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
- Şirkətin təsisçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi;
- Məhkəmə orqanlarında Şirkətin hüquq və maraqlarını müdafiə edilməsi üçün bütün zəruri hərəkətləri Şirkətin adından həyata keçirilməsi;
- Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyyələrin verilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
CV-lərin təqdim olunması üçün son tarix: 06.03.22