Qısa məzmun
Avromed Company Mühafizəçi (Xaçmaz) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi tələb olunur:
- mühafizə olunan obyektin işçilərindən və digər şəxslərdən buraxılış rejiminə və obyektdaxili rejimə, riayət olunmasını tələb və nəzarət etmək;
- mühafizə etdiyi obyektin yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək və işçilərdən yanğın təhlükəsizliyi tədbirlərinin yetinə yetirmələrini tələb etmək, bu sahədə hər hansı bir nöqsanlar aşkar edildikdədərhal rəhbərliyə məlumat vermək;
- yanğın baş verdikdə təyin olunmuş xəbərdar etmə siqnallarından istifadə edərək işçilərin və əmlakların təxliyyəsini təşkil etmək;
- mühafizə olunan obyektlərə giriş və çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fiziki şəxsləri, onların əşyalarını və nəqliyyat vasitələrini texniki vasitələr tətbiq etməklə və ya tətbiq etmədən nəzərdən keçirmək (yoxlamaq);
- mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları hallarda həmin şəxsləri hadisə yerində saxlamaq və dərhal müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;
- hüquqi şəxs tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələri mühafizə olunan obyektlərin hüdudlarında saxlamaq, və qanunla müəyyən edilmiş qaydada və hallarda təyinatı üzrə istifadə etmək;
- mühafizə olunan obyektlərə münasibətdə hüquq pozuntusu baş verdikdə onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxs barədə hüquqi şəxsin mühafizə bölməsinin rəhbərini şifahi və yazılı surətdə məlumatlandırmaq;
- cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda bu barədə dərhal aidiyyəti üzrə məlumat vermək;
- mühafizə etdiyi obyektə müəssisədən kənar hər hansı bir şəxs gəldikdə, onu nəzakət qaydalarına uyğun qarşılamalı, gəlişinin məqsədini öyrənərək, rəhbərliyə məruzə etdikdən sonra müvəqqəti buraxılış vərəqəsi ilə təmin edərək obyektə buraxmalıdır;
- fəaliyyət göstərdiyi şirkətə aid hər hansı bir məxfi məlumat əks etdirən məlumat daşıyıcısını və ya məumatları kənar şəxslərə verməməlidir;xidmət zamanı xüsusi geyimi daima təmiz və səliqəli geyinməli və xarici görünüşünün qənaətbəxş olmasına diqqət yetirməlidir.
Tələblər:
- Müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər;
- Məhkumluğu olmayan şəxslər;
- Fiziki cəhətdən sağlam şəxslər;
- Ali və ya orta təhsilli (aidiyyatı kursları bitirmiş, müvafiq təcrübəyə malik olan və əcnəbi dilləri bilən gənclərə üstünlük verilir) şəxslər.
Maraqlananlar CV-lərini elektron ünvanına 18.03.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Mühafizəçi” qeyd etməklə yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
QEYD: Elanda qeyd edilən tələblərə uyğun gəlməyən şəxslərin namizədliyinə baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...