Qısa məzmun
MSDIS Holding Satınalma üzrə mütəxəssis (Market şəbəkələri) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Tədarükçü firmalarla əməkdaşlıq etmək;
- Qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Faktura və qaimələrin işlənib yoxlanılması;
- Malın hərəkətinə nəzarət;
- Bazar araşdırması aparmaq;
- Sənəd dövriyyəsinə nəzarət
- Satınalma müqavilələrinin tərtibatı
- Keçirilmiş satınalmaların nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabat tərtib etmək
- Aşkar edilmiş çatışmazlıqların aktlaşdırılması və mövcud çatışmazlıqların həlli istiqamətində addımların atılması
- Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
Namizədə tələblər:
- Sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Rus və ingilis dili arzu olunandır
- Ali iqtisadi təhsil
- Təchizat və logistika üzrə biliklər
- Analitik düşüncə, ünsiyyət qurma və danışıqların aparılması üzrə bacarıqlar
- Excel biliyi;
- Market şəbəkələri ilə iş təcrübəsi.
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
- Komandada işləmə bacarığı
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...