Qısa məzmun
Qaya Safety Solutions Feldşer vəzifəsi üzrə vakansiya elan edir.
- Hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsi üzrə fəaliyyət göstərən “Qaya
- Safety Solutions” MMC namizədləri mövcud olan “Feldşer” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
- Əmək haqqı artandır. Minimum 700 AZN-dən başlamaqla.
- (Namizədlərin bilik və təcrübəsinə əsasən əmək haqqı müsahibə zamanı razılaşdırılacaq)
İş barədə məlumat:
- İşçi personalına ilkin tibbi yardımın göstərilməsi;
- İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması;
- Hər bir sahədə baş verən qəzaların qeydiyyata alınması;
- Kəskin xəstəliklər və bədbəxt hadisələr zamanı ilkin təxirəsalınmaz tibbi yardımın
göstərilməsi, gələcəkdə onların qarşısının alması üzrə təkliflər verilməsi; - İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman
müşayiət edilməsi; - Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, jurnala qeyd
edilməsi; - Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması;
- Əmək intizamına, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması;
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına
əməl olunması; - Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etməsi.
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində;
- İş qrafiki: 6 günlük (altıncı günü qısadılmış);
- Gündə 3 dəfə yemək ilə təmin edilmə;
- Yaşayış ilə təmin edilmə;-
- AR qanunvericiliyinə uyğun sənədləşmə;
- Mehriban və peşəkar kollektiv;
- Daha ətraflı əlavə məlumat intervyu zamanı veriləcək.
Namizədə tələblər:
- Orta tibbi təhsil və tibbi sertifikatlara malik olmalıdır;
- Müvafiq vəzifədə iş təcrübəsi olması: hərbi sahədə – 3 il, mülki sahədə – 3-5 il;
- Ünsiyyətçil və komandada çalışma bacarığına sahib olmalı;
- İngilis dili biliyi arzuolunandır;
- Microsoft Office” kompüter proqramlarından istifadə etmək bacarığı üstünlükdür;
- Fiziki cəhətdən sağlam olmalı.
- Elektron poçtun “Mövzu” yerinə “Feldşer” qeyd etməklə öz CV-lərinizi office@qayasafetysolutions.com ünvanına göndərə bilərsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...