İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AMO Group İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
  • İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
  • Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
  • Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
  • Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
  • MS Office proqramları bilikləri;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • 1C proqramını bilənlərə üstünlük veriləcək
  • Azərbaycan , rus və ingilis dilləri yüksək səviyyədə olmalı
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

İş qrafiki: 5 günlük, I – V günlər 09:00-18:00,

Əmək haqqı: başlanğıc 700 Azn

Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis ” qeyd edərək göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Direktor köməkçisi

RAM Holding Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

RAM Holding

19.09.2024 - Bakı

800 — 1000 ₼
İnsan resursları üzrə mütəxəssis

Super Toys İnsan resursları üzrə mütəxəssis üzrə vakansiya elan edir. ...

Super Toys

06.09.2024 - Bakı

İşə qəbul üzrə mütəxəssis

INNAB MMC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İNNAB MMC

12.08.2024 - Bakı