Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Müvafiq analitik vasitələrdən istifadə edərək kart məshulları portfelinin idarəedilməsi;
- “Private Banking” müştəriləri üçün yeni məhsullar yaratmaqla bankın böyüməsinə dəstək;
- Məhsulun inkişafı üçün kart məhsulu dəyərinin artırılması;
- Kart məhsulları portfeli ilə bağlı marketinq şöbəsinə müvafiq məlumatların ötürülməsi;
- Bazar tendensiyaları monitorinqinin aparılması;
- Ödəniş kartları üzrə yerli və xaric bazarda korporativ əlaqələrin qurulmasında iştirak;
- Ticarət planının icrasına kömək edəcək digər cavadeh tərəflərlə birlikdə “Private Banking” məhsullarının yaradılması;
- Əsas tərəfdaşlar və məhsul sponsorları ilə əlaqənin qurulması;
- Məhsul üçün istifadəçi hekayələrinin toplanılması və təhlili;
- Məhsul üçün qəbul meyarlarının və müştəri&məhsul yol xəritəsinin yaradılması;
- Məhsul yaradılması ilə əlaqədar məsuliyyət və yüksək müştəri məmnuniyyətinin təmin edilməsi;
- Müştərilərə təqdim olunan “Private Banking” kart məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi;
- Orta və arxa ofis, çağrı mərkəzi və filiallar vasitəsilə “Private Banking” məhsullarının düzgün işləməsinin təmin edilməsi;
- Kart üzrə məhsul və xidmətlər üçün qiymət, tarif və ödəniş təkliflərinin hazırlanması;
- Satış göstəricilərinin izlənilməsi və satış hədəflərinə çatmaq üçün lazımi tədbirlərin görülməsi;
- Kart məhsulları prosesi haqqında fikirlərin verilməsi, proseslərin izlənilməsi və vaxtında yenilənməsi;
- Digər şöbələr və maraqlı tərəflərlə əməkdaşlıq prosesinin qurulması və təmin edilməsi;
- Tələb olunduğu halda, xarici təşkilatlar və digər tərəfdaş təşkilatlarla əlaqələrin inkişafı;
- Mövcud kart məhsul portfelinə yenidən baxılması və kart məhsul portfelini yeniləmək üçün sektorda trendlərin öyrənilməsi;
- Məlumatların məxfiliyini qorumaq və təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsi;
- Şöbə fəaliyyətinin şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: 1-3 il
- Lisenziya / Sertifikat: PSPO 1
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office, Excel
- Məhsul üzrə biliklər: Bank məhsulları, “Private Banking”, Maliyyə
- Bazar üzrə biliklər: Bank qanunvericiliyi, bazar tendensiyaları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Kart məhsul sahibi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Aznet Technologies QSC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Baş mühasibin köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 500 AZN + bonus. Super Toys Kassir Sədərək vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC Group MMC Lənkəran və Mingəçevir şəhərləri üzrə regional koordinator vakansiyası üzrə işə qəbul elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu 1-C programı üzrə proqramist vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Saloğlu Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...