Qısa məzmun
Avrora şirkəti Logistika Üzrə Kiçik Mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat:
- Gigiyena sertifikatının alınması üçün ödəniş sənədinin hazırlanaraq aidiyyatı struktura təhvil verilməsi
- İdxal olunan mallar üçün Qida Təhlükəsizliyi Agentliyindən gigiyena, baytarlıq və fito sanitariya sertifikatlarının əldə edilməsi
- İxrac olunan mallar üçün paletlərin fumiqasiya olunması barədə aktların əldə edilməsi
- Qida Təhlükəsizliyi Agentliyinə anbardan nümunə üçün malların verilməsinə aid olan bütün proseslərə nəzarət olunması
- Qida Təhlükəsizlik İnstitutuna məhsulların analizinin ödənişi üçün toplu sənədlərin hazırlanması və aidiyyəti struktura təqdim olunması
- Qısa Bəyannamələrin tərtib edilməsi
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 08:00-dən 17:00-dək
- İş yeri : STN Biznes Mərkəzi
- İşçilərə qayğı proqramı
- Peşəkar komanda mühiti
- Nahar
- Şirkət hesabına korporativ nömrə
- Təlim və inkişaf imkanları
Namizədə tələblər:
- Ali təhsil
- Logistika sahəsi üzrə iş təcrübəsi üstünlük hesab olunur
- MS Excel proqramı üzrə biliklər (cədvəllərin yaradılması və məlumatların daxil edilməsi)
- afsa.gov.az saytının gömrük bölməsində işləmə bacarığı
- Detallara diqqətcillik
- Rus və İngilis dilləri üzrə biliklər arzuolunandır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə kiçik mütəxəssis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...