Qısa məzmun
Kapital Bank KOS satışın təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Bank daxili bazadan məlumatların çıxarılması, o cümlədən məlumatların şərhi üçün proqramların, metodologiyaların və faylların hazırlanması, tapıntılar əsasında təklif və tövsiyyələrin təqdim olunması;
- Məlumatların və hesabatların statistik təhlili və keyfiyyət dashboardların yaradılması;
- Bankın fəaliyyət göstəriciləri əsasında texniki və biznes prosseslərin ekspertizası;
- Bankın əsas fəaliyyət göstəricilərin icra prossesi sürətləndirmək məqsədi ilə daxili və xarici məlumatların data analitikası və təkliflərin hazırlanması;
- Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanması;
- Hesabatların və vizual dashboardların yaradılma, dizayn və inkişaf etdirilməsi.
Tələblər:
- Sahə üzrə ən azı 2 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və tapıntılar əsasında nəticələri çıxartmaq üçün kritik düşünmə bacarıqları;
- Mürəkkəb tapıntıları və ideyaları məntiqi, başa düşülən və hərəkətə gətirilə bilən dildə çatdırmaq ünsiyyət bacarıqları;
- Komanda tərkibində və fərdi işləmə bacarığı ;
- Excel, pivot cədvəllər, diaqramlar və məlumat bazalar ilə işləmək bacarığı;
- MS SQL Server sorğuların yazılması bacarığı;
- R, Tableu, Excel Add ins (Data Analysis/Solver) və ya oxşar statistik alətlər üzrə biliklər arzuolunandır;
- Python proqramı üzrə biliklər arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...