Qısa məzmun
Caspian Services Group LLC KSƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- İş rejimi: Tam
- İşə başlama tarixi: Mümkün qədər tez
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
İş şərtləri:
- Stabil iş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, rus, ingilis dili – yaxşı səviyyədə
- Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır;
- Bu sahə üzrə sertifikatı olmalıdır;
- Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer;
- Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil olmalıdır;
- Geyim qaydalarına və geyim formasına riayət etmək;
- Tək və komandada işləmə bacarığı olmalı;
- Əmək intizamının yüksək olması;
- Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.
Bilməlidir:
- Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
- Kargüzarlıq və sənəd dövriyyəsi işlərini;
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
- İşi düzgün və operativ aparmaq üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
- İş ilə bağlı yaranan çatışmazlıqlar/problemlər/nasazıqlar/pozuntular/təhlükələr haqqında rəhbərliyə məlumat verməli;
- İş ilə bağlı ezamiyyətlərə getməli;
- Bütün zəruri sənədlərin hazırlanması;
- Şirkətdə Təhlükəsizliyin İdarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
- Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
- Təhlükəsiz iş şəraiti yaratmaq və şirkətdaxili siyasət yeritmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
- Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
- Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını, gigiyena proqramlarını tərtib etmək;
- İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
- Şirkətdə keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini yaratmaq və tətbiq etmək;
- Sahədə işlərin İş icazəsinə əsasən aparılmasını təmin etmək;
- SƏTƏM və KN standartlarını bütün işçi heyətinə tətbiq etmək;
- İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi, Risklərin Qiymətləndirilməsi kimi təlimləri keçirmək;
- Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
- Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımların atılması;
- İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
- Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
- KPİ sisteminin hazırlanması və şirkətdaxili tətbiqi;
- Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM `ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
- Şirkətin Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi.
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində KSƏTƏM üzrə mütəxəssis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...