Qısa məzmun
IRIX şirkəti Korporativ Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
“IRIX” Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkətlərindəndir. Hazırda Korporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə komandamıza qoşulmaq üçün mütəxəssislərin axtarışındayıq. Karyerasını İT sferasında davam etdirmək istəyən və qeyd olunmuş bilik, bacarıq və səriştələrə malik namizədlərdən öz cv-lərini cv@irix.az ünvanına göndərmələri xahiş olunur. Məktubun başlıq bölməsində Korporativ satış üzrə mütəxəssis yazılması mütləqdir.
- Bazarın araşdırılması və satış strategiyasının müəyyənləşdirilməsi
- Soyuq zəng və s. vasitələrlə aktiv potensial müştəri axtarışı
- İşgüzar görüşlər, məhsullar və xidmətlərin təqdimatı
- Müştərilərin məhsul və xidmətlər, onların faydaları barədə məlumatlandırılması
- Müştərilərin sorğuları, layihələr və tenderlər üçün təkliflərin hazırlanması
- Korporativ tədbirlərdə şirkətin təmsil olunması
- Təklif etdiyimiz məhsul və xidmətlər haqqında texniki məlumatların öyrənilməsi
- Görülmüş işlər və cari sifarişlər barədə hesabatların hazırlanması
- İş vaxtları: Bazar ertəsi – Cümə – 9:00-dan 18:00-dək
- Əmək haqqı: Stabil əmək haqqı + satışdan %
- AR əmək məcəlləsinə uyğun qeydiyyat
- Bir aylıq ödənişli sınaq müddəti
- Məhsul və xidmətlər haqqında treninqlər
Namizədə tələblər:
- Sərbəst danışıq səviyyəsində Rus və Azərbaycan dili biliyi
- Texniki ingilis dili biliyi üstünlükdür (Bəzi treninqlər Rus və İngilis dilindədir)
- Sərbəst kompüter istifadəçisi bilikləri
- Sərbəst nitq və danışıqlar aparma bacarığı
- Təqdimat, maraqlandırmaq və inandırmaq bacarıqları
- Satış sahəsində ən az 2 illik təcrübə (İT sahəsi üzrə olması üstünlükdür)
- Öyrənməyə və inkişafa meyillilik
Oxşar vakansiya siyahısı:
Adore mağazalar şəbəkəi Satıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ofisait Mağazalar Şəbəkəsi Ekspeditor / Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...