Qısa məzmun
Caspian Services Group LLC Servis üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
- İş rejimi: Tam
- İşə başlama tarixi: Mümkün qədər tez
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
İş şərtləri:
- Stabil iş
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Minimum 1 il;
- Dil bilikləri: Azərbaycan, rus, ingilis dili;
- Sürücülük vəsiqəsi olmalıdır;
- Kompüter bilikləri: MC Office, Internet Explorer;
- E-poçtla işləmək;
- İşgüzar yazışmalar;
- Danışıqların təşkili;
- Kargüzarlıq işlərini bilmək;
- Əsas brendləri, ehtiyat hissələrinin istehsalçılarını tanımaq;
- Anbar və ehtiyat hissələri sahəsi üzrə biliklərə malik olmalıdır;
- Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
- Hərəkətli iş rejimində işləyə bilən;
- İnsanlarla asan münasibət qura bilən;
- İnsanları razı salma qabiliyyəti yüksək olmalı;
- Xarici görünüşünə diqqət etməli;
- Tək və komandada işləmə bacarığı olmalıdır.
Bilməlidir:
- Elektron texniki kataloqlar;
- Xüsusi texnikanın quruluşunu bilmək;
- Xüsusi texnikanın iş prinsipini bilmək;
- Xüsusi texnikanın konstruktiv xüsusiyətlərini bilmək;
- Xüsusi texnikanın alətlərini (tester/diaqnostika aparatı)tanımalı və onlarla işləmə qaydalarını bilmək;
- Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.
- Əməyin mühafizəsinin qayda və normalarını.
Vəzifə öhdəlikləri:
- Vəzifə təlimatını, SƏTƏM, İR, Servis və şirkət qaydalarını bilməlidir;
- Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
- İşinə aid olan vəzifə öhdəliklərini yerinə yetirməli;
- Servis tələblərinin tərtibi;
- Bütün zəruri sənədlərin hazırlanması;
- Müştərinin tələblərinin vaxtında yerinə yetirilməsi;
- Müştərilərin şikayətlərini araşdırmaq, həlli yolların tapmaq, bu barədə hesabat hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə kömək etmək;
- Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
- Texnikanın servisinə, təmirinə nəzarət etmək;
- Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısının hazırlanması;
- Texnikanın iş saatına uyğun olaraq, onun servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
- Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Servis üzrə koordinator göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
n növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...