Qısa məzmun
İdeya Tərcümə Mərkəzi Tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan-ingilis, ingilis-azərbaycan və ya azərbaycan-rus, rus-azərbaycan dilləri üzrə tərcümələrin yerinə yetirilməsi
- Tərcümə zamanı punktuasiya, qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə iş təhvil vermək
- Ehtiyac olduqda tərcümə olunan materialın redaktəsi
- İş qrafiki: həftədə 5 gün 9.00-dan 18.00-dək, 6-cı gün evdən qısa iş günü
- Əmək müqaviləsi
- Rahat ofis şəraiti
- Mehriban kollektiv
- Peşəkar inkişaf imkanı
- Əmək haqqı artandır, uğurlu namizədlə ayrıca danışılacaq
Namizədə tələblər:
- İşlədiyi dillərin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək
- İş təcrübəsi: 3-5 il. Təcrübəsiz namizədlərə baxılmayacaq
- Müxtəlif mövzularda peşəkar səviyyədə, səhvsiz tərcümə etmək bacarığı
- Müvafiq sahədə ali təhsil
QEYD: Bu vakansiya frilans tərcüməçilər üçün deyil, yalnız ofisdə tərcüməçi axtarılır.
Tələbələrin, tərcüməçi kimi işləməmiş namizədlərin CV-nə baxılmayacaq.
Xahiş edirik tələblərə cavab verməyən namizədlər müraciət etməsin.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...