Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Hüquq işləri üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Müxtəlif hüquqi sənədlərin hazırlanması;
- Müvafiq məlumat bazasının yaradılması;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
İş şəraiti:
- İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
- Əmək haqqı 600 AZN.
Tələblər
- Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək);
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməlidir;
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
Masallı üzrə – https://qlor.me/l0qqpa0p
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.