Qısa məzmun
Azərpambıq ASK MMC şirkəti Kadrlar Üzrə Müfəttiş-Tabelçi vakansiyasını elan edir.
İş barədə məlumat:
- Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanması
- Cəmiyyətin aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün Esd və Erp sistemlərinə yerləşdirilməsi
- Təsdiq edilmiş formalara uyğun olaraq kadr əməliyyatlarına dair əmrlərin imza layihəsinin hazırlanması
- Cəmiyyəti aidiyyəti struktur bölmələri ilə razılaşdırılması üçün Esd və Erp sistemlərinə yerləşdirilməsi
- Əmək müqavilələri, ona edilən dəyişikliklərə dair müvafiq əlavələri, əmək müqaviləsinin ləğv edilməsi bildirişinin elektron informasiya sisteminə (e-gov.az portalına) gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi
- İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi
- Sadə formada və xüsusi proqram vasitəsi ilə işçilərin iş vaxtının uçotunun aparılması, məlumatların tabeldə əks etdirilməsi
- Müvafiq struktur bölmə tərəfindən verilmiş və/və ya Erp sistemində olan məlumata əsasən işəmuzd qaydada işləyən işçilərin görülmüş işlərinin uçotunun aparılması
- Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi
- İş rejimi: 6 gün
- Həftədə 40 saat
Namizədə tələblər:
- Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 Erp proqramlarında işləmək
- Cəmiyyətin kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədləri; kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini; işçilərin işə qəbulu və işdən çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi; kadrların seçilməsi və düzgün yerləşdirilməsini; əmək qanunvericiliyinin əsaslarını; kadrların ixtisas və professionallığının artırılması üsullarını; əmək kitabçalarının, şəxsi işlərin aparılması, pensiyaların təyin edilməsi üzrə lazımı sənədlərin tərtib edilməsini; kadr axınının səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üsullarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Kadrlar üzrə müfəttiş-tabelçi Saatlı Piez” qeyd edərək göndərmələri xahiş olunur.
İş yeri Saatlı rayonunda yerləşdiyinə görə yalnız həmin rayonunda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...