Qısa məzmun
AS İstehsal Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İclaslarda iştirak və protokolların tərtib edilməsi;
- Direktor tərəfindən əməkdaşlara tapşırılan işlərin icra müddətinə nəzarət;
- Əmr, məktub, akt və s. sənədlərin tərtibi;
- Daxil olan və göndərilən sənədlərin aidiyyatı şöbələr üzrə bölüşdürülməsi;
- Korporotiv nömrələrin sifarişi, tariflərə nəzarət, təşkili və yaranan problemlərin aradan qaldırılması;
- Gələn qonaqların qarşılanması və müşaiyət olunması (çay, kofe, su).
Bilik, bacarıq və təcrübə üzrə tələblər:
- Ali təhsil;
- Müvfiq vəzifə və ya ona oxşar sahələrdə 1 il iş təcrübəsi;
- Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- Komandada işləmək bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- MS Office (MS Word, MS Excel) orta səviyyədə;
- Ofis texnikası ilə işləmək bacarığı;
- Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
- İş qrafiki: 5 günlük;
- Korporativ nömrə ilə təmin edilir;
- İş yerinə nəqliyyat ilə çatdırılma;
Əmək haqqı: 500-600 AZN.
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “ Direktor köməkçisi”, qeyd etməklə CV formalarını e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...