Qısa məzmun
Royal Tekstil MMC şirkəti İnsan Resursları Üzrə Menecer vakansiyasını elan edir.
İş barədə məlumat:
- Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
- Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək
- İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi
- Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək
- İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək
- Əməkdaşların iş performanslarının artırılması və yüksək motivasiyası üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi
- İş qrafiki həftədə 5 gün: 09:00-dan 18:00-dək
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
Namizədə tələblər:
- Müvafiq sahədə Ali təhsil
- İnsan Resursları sahəsində ən azı 3 il təcrübə
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək
- Ofis Proqramlarını Mükəmməl bilməli
Elanda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazıb ydadashzade@royal-tekstil.com e-mail ünvanına CV ilə müraciət edə bilər
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...