Qısa məzmun
Sağlam Ailə Təlim üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Müəssisə üzrə illik təlim ehtiyaclarının müyyən edilməsi və təsdiqlənməsində iştirak edir;
- Yeni işə qəbul olmuş işçilər üçün “uyğunlaşma təlimi”ni təşkil edir;
- Peşəkar işçilər və struktur bölmə rəhbərləri tərəfindən müvafiq müəssisədaxili təlimlərin keçirilməsini müvafiq təlimatlara uyğun təşkil edir;
- Daxili təlimçilərin yetişdirilməsi layihəsində iştirak edir;
- İllik təlim planına əsasən müəssisədaxili və müəssisəxarici təlimləri təşkil edir;
- Müəssisəxarici təlimlər üçün araşdırma edir, doğru və keyfiyyətli təlim mərkəzləri ilə əməkdaşlıq təklifləri hazırlayır;
- Təlimlərdə iştirak etmiş işçilərlə təlimin keçirilməsindən öncə müvafiq öhdəlik müqaviləsinin (Təlimlərin keçirilməsi təlimatına uyğun olaraq) imzalanmasını təşkil edir;
- Təlimlərlə bağlı müvafiq məlumat bazalarını hazırlayır;
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyəti sahədə 2 ildən artıq iş təcrübəsi;
- Effektiv ünsiyyət və təşkilatçılıq bacarıqları.
Qeyd:
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Təlim üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...