Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Damla Mebel MMC Sex rəisi vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Sexin işinin təşkili və idarə edilməsi;
- İstehsal texnologiyasını (avadanlıqların texniki göstərişlərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
- Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
- Aylıq qoyulan istehsal planını icra etmək;
- İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- İdarəçilik bacarıqları;
- Təşkilati və analitik bacarıqlar;
- Microsoft office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: 700-800 AZN
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan.)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...