Qısa məzmun
Start Travel Tur Agent vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar danışıq bacarığına sahib olmalıdır.
Tələblər:
- Turizm sahəsində tur menecer olaraq ən azı 1-2 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək və ingilis dilini bilənlərə daha üstünlük verilir;
- İşgüzar danışıq bacarığına sahib olmaq;
- Səlis və yüksək ünsiyyət qurma bacarığına sahib olmaq;
- Diqqətli, punktual və məsuliyyətli olmaq;
- Vaxtın idarə olunması bacarığına malik olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
Vəzifələr:
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Zamana və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
- Xarici tur paketlərin hazırlanması;
- Sığortanın yazılması;
- Daxili və ya xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- B2B sistem üzərindən otellərin bronlaşdırılması;
- Viza anketlərin doldurulması;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi;
- İş yeri: Bül-Bül prospekti, 79B;
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Tur Agent” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...