Qısa məzmun
ArchiCO İş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya rus dili bilikləri olan namizədlərə üstünlük verilə bilər.
Vəzifə öhdəlikləri:
- Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planının və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini təmin edir
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsinin təmin edir
- Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanması və onlardan səmərəli istifadə olunmasını təmin edir
- Görülmüş işlərin uçotunun aparılmasını, texniki sənədləşməni tərtib edir
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
- Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlanması və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir
- Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
- İnşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə sifarişlər tərtib edir və onların səmərəli istifadəsini qəmin edir.
- Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.
- İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan ;yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə nəzarət edir.
- Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir. Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır.
- Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir.
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Tikintidə 5 il, rəhbər vəzifədə 5 ildən az olmayan iş təcrübəsi;
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
- MS Office, AutoCad və internet ilə işləmə bacarığı;
- İngilis və ya rus dili bilikləri olan namizədlərə üstünlük verilə bilər.
CV və tövsiyyə məktublarınızı “iş icraçısı” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...