Qısa məzmun
Small Medium Enterprises şirkəti 1C Operator Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir. Şirkət haqqında ətraflı məlumat – smeltd.az Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.
- 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
- Kreditorlar və debitorlarla üzləşmələrin aparılması
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: 6 günlük iş qrafiki
- 1-5ci günlər : 09:00-dan 18:00-dək, 6ci: 10:00-dan 13:00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: minimum 500 AZN
- Karyera yüksəlişi imkanı.
Namizədə tələblər:
- İş təcrübəsi: müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsi
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili -orta
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək
- Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik; Fərdi və komanda da işləmə bacarığı;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@smeldt.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “1C operator” adını qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...