Qısa məzmun
MSDIS Holding Sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını bilməlidir.
Vəzifə öhdəlikləri:
- Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
- Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə əməl etmək;
- Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət etnək;
- Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
- Layihə sənədlərinə uyğun olaraq tikinti işini təşkil etmək və nəzarətdə saxlamaq;
- Tikinti maşınlarıdan, nəqliyyat və mexaniki vasitələrdən, detallar (hissələr) və inventarlardan və s. materiallardan səmərəli istifadə olunmanı təmin etmək;
- İş prosesini texnoloji xəritələr, əmək proseslərinin xəritələri və digər normativ sənədlərə uyğun təşkil etmək;
- İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi üzrə çalışmaq, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan məqsədyönlü şəkildə istifadə etmək;
- İş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq;
- Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək.
Tələblər:
- Texnik sahədə ali təhsil;
- Yaş həddi: 30-55;
- Tikinti layihələrində iş icraçısı kimi 5 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dilini orta səviyyədə bilməli;
- Tikinti istehsalatının təşkili və texnologiyasını bilməli, tikilən obyektlərin layihə-smeta sənədləri haqqında anlayışlı olmalı;
- Sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını bilməli;
- İqtisadiyyatın, eləcə də, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası haqqında bilməli;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- ARƏM əsasən işə qəbul;
- İş yeri: Füzuli rayonu ərazisi;
- Əlaqə nömrəsi: 051-201-21-97
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Texniki mühəndis (smeta)” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...