Qısa məzmun
Embawood Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 5 günlük / saat 08:30 – 17:30
İşin təsviri:
- Dövlət nəzarət orqanlarında və məhkəmələrdə Şirkəti təmsil etmək;
- dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili;
- Müxtəlif hüquqi məsələlərə dair rəylərin hazırlanması, yazılı və şifahi məsləhətlətin verilməsi,
- Müxtəlif növ icazə sənədlərinin alınması üçün ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;
- Müxtəliv növ müqavilələrin hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontraqentlərlə razılaşdırılması;
- Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
- Kontraqentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;
- Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ-hüquqi aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək;
- Şirkətə aidiyyəti olan xarici hüquqi şəxslərin hüquqi işlərini koordinə etmək.
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali Hüquq təhsili olmalı;
- Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
- MS Office-də işləmə bacarığı;
- Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Yaş həddi: 25-35 yaş
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Hüquqşünas ” qeyd edib göndərəsiniz.