Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Servis ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
- İş yerinin hazırlanmaq və yığışdırmaq;
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
- Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirmək, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamaq, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq;
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
- Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi.
Tələblər:
- Otaqların silinməsi və təmiz saxlanılmasına dair sanitar və gigiyena qaydalarını bilmək;
- Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını bilmək;
- Yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını, təyinatını, onlardan təhlükəsiz istifadə qaydaları və sanitar-texniki istismar qaydalarını bilmək;
- Orta təhsil; orta ixtisas təhsili;
- Ən az 1 il təcrübə.
Səriştələr:
- Məsuliyyətli;
- Şəxsi inkişafa meylli;
- Pozitiv;
- Özünütəşkiletmə qabiliyyəti;
- Nailiyyət yönümlülük;
- Etibarlılıq;
- Dürüstlük.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Altı günlük iş həftəsi
- İş yeri: Bərdə MKT İK MMC
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.