Qısa məzmun
Azmədənistehsal MMC şirkəti Həkim vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İş öncəsi bütün işçilərin təzyiqinin və hərarətinin ölçülməsi, alkotest edilməsi;
- İşə yeni qəbul edilən işçilərin sağlamlıq haqqında arayışının yoxlanılması – ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi (İşə qəbul sənədinə qeyd edilməklə) ;
- Hər bir sahədə baş verən qəzaların və bədbəxt hadisələrin qeydiyyata alınması, ilkin tibbi yardımın göstərilməsi və dərhal ƏM və TT şöbəsinin menecerinə məlumat verilməsi;
- Ehtiyac olduğu təqdirdə təcili tibbi yardıma (103) müraciət edib – çağrılması;
- Gündəlik müraciət edən işçilərin lazımi olan dərmanlarla təmin edilməsi, qeydiyyat vərəqəsinə və jurnalına qeyd edilməsi;
- Tibb məntəqəsinə təhvil verilən dərmanların istifadə müddətinin nəzarətdə saxlanılması və müddəti bitmiş dərmanların aktlaşdırılıb – ƏM və TT şöbəsinə təhvil verilməsi.
- 6 günlük iş qrafiki (həftənin 5 günü 08:00-dan 16:00-a,şənbə günü 08:00-dan 14:00-a qədər)
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar şirkət tərəfindən təmin olunur
- Servis xidməti mövcuddur
Namizədə tələblər:
- Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
- İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
- Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Həkim” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...