Qısa məzmun
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası Üzvlər üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili
- Təşkilata üzvlərin cəlbi strategiyasının işlənib hazırlanması
- Üzvlük proseslərinin təkmilləşdirilməsi
- Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
- Dövri hesabatların hazırlanması və təhlili
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil( İdarəçilik və maliyyə sahələri arzu olunandır)
- Qeyd olunan vəzifə üzrə 2 il iş təcrübəsi
- Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili
- İşgüzar danışıqlarda ən az 2 illik təcrübə
- Müqavilələrin aparılmasında təcrübə
- Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
Bacarıqlar:
- Kommunikasiya və ünsiyyət bacarıqları
- Analitik yanaşma və təhlil
- Problem həll etmə bacarıqları
- Təqdimat bacarıqları
- Vaxt idarəetmə bacarıqları
Qeyd olunan tələblər cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Üzvlər üzrə menecer” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...