Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Fairmont Baku, Hotels & Residences Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. Beynəlxalq təcrübəyə malik olmalıdır.
ƏMƏK FUNKSİYALARI:
- Parkinq yeri də daxil olmaqla, Qonaqların və Həmkarların ola biləcəyi bütün yerləri nəzarətdə saxlamaq.
- Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq.
- Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və digər fövgəladə hadisələr zamanı diqqətli olmaq.
- Fövqəladə Vəziyyətlər zamanı Cavab Planlarına uyğun olaraq müvafiq şəkildə fəaliyyət göstərmək.
- Qonaqlarla xoş ünsiyyət saxlamaq.
- Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək.
- Gündəlik təlimatlandırmalarda iştirak etmək.
- Növbədə olan hər bir Mühafizəçinin adını bilmək.
- İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək.
- geyri-adi situasiyala qarşı diqqətli olmaq və onlara qarşı müvafiq təbdbirlər həyata keçirmək.
- Əmlakın, işçilərin və Otel rəhbərliyin qorunması və təhlükəsizliyini təmin etmək
- Çalışdığı növbə ərzində və ya keçirdiyi baxış zamanı şahidi olduğu bütün hadisələr barədə ətraflı hesabat hazırlamaq. Baş vermiş hadisələr/qəzalar/növbə sonu ilə bağlı btün məlumatlar barədə hər növbə sonu bildirmək.
- Əlaqədar sənəd işləri ilə məşqul olmaq.
- Məruzə zamanı və ya təhvil-təslim zamanı Mühafizəçilər bu barədə Mühafizə Şöbəsinin Müdirini və ya onun müavinini bu barədə xəbərdar edirlər.
- Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman mühafizəçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər.
- Mühafizəçilər digər əməkdaşlar/yad insanlar/media ilə şöbədaxili məsələləri müzakirə etməməli / bəyan etməməlidirlər ki, bu da sonda Fəaliyyətin Proqresiv Koreksiyası və ya həmin əməkdaşın işdən azada edilməsi ilə nəticələnə bilər.
- Mühafizəçilər düşüncə qabiliyyətinə malik olmalı və səmərəli qərarlar qəbul etməlidirlər. Başlıca məqsəd, yaranmış situasiyanı mümkün qədər tez və keyfiyyətli şəkildə həll etməkdən ibarətdir. Yaranmış situasiyalar zamanı nəzakətli olmaq, diplomatik və peşəkarcasına davranmaq və Fairmont Şirkətinin siyasət və təlimatlarına riayət etmək.
- Digər mümkün vəzifələr.
İXTİSAS TƏLBLƏRİ:
- Spritli içkilərin qanuni qəbulu ilə bağlı müvafiq yaş kateqoriyasında olmaq və həmçinin fiziki cəhətdən yaxşı vəziyyətdə olmaq.
- Ali məktəb təhsilinə malik olmaq, Qonaqlara xidmət sferası ilə bağlı Təhlükəsizlik və Hüquq kursunu keçmək və ya qonaqpərvərlik sahəsində təhlükəsizlik vəzifəsi ilə bağlı üç illik iş təcrübəsinə malik olmaq.
- Yanğın təhlükəsizliyi və İlk Yardım üzrə Serifikata malik olmaq.
- Güclü liderlik və ünsiyyət qabiliyyətinə malik olmaq.
- Analitik düçüncə qabiliyyətinə malik olmaq, qüclü olmaq və başqalarına rəhbərlik etmək və inkişaf etdirmək qabiliyyətinə malik olmaq.
- Beynəlxalq təcrübəyə malik olmaq.
- Azərbaycanda mövcud olan minimum mühafizə lisenziya tələblərinə cavab vermək.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...