Qısa məzmun
NBA Technologies International LLC şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil
- İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 1 il iş təcrübəsi
- İR prosedurları, təlim inkişafla bağlı biliklər
- İşə qəbul sahəsində iş təcrübəsi
- Rus dili biliyi
- Excel və 1C bilikləri üstünlükdür
- Məsuliiyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı
- Stresse davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər
- Əmək haqqı təcrübəyə və bacarığa görə dəyişəcək
İş barədə məlumat:
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili;
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- Optimal işçi sayının hesablanması;
- Təşkilati strukturun hazırlanması;
- İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi;
- Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması;
- Əməyin dərəcələndirilməsi;
- Kadr kargüzarlığı sistemlərinin qurulması;
- Vakansiya tələbinin müəyyən edilməsi;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət;
- Aylıq hesabatların hazırlanması və təqdimatı.
İş rejimi: həftənin 5 günü, 09:00-18:00
İstirahət: Şənbə və bazar günləri
Zəhmət olmasa CV – nizi fotoşəkili ilə elektron poçt ünvanına ” İnsan resursları üzrə mütəxəssis” yazıb göndərin. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə saxlanılacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...