Qısa məzmun
Saffron Restaurants Group Baş aşpazın 1-ci dərəcəli köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
İş öhdəlikləri:
- Mətbəxin ümumi işində baş aşpaza dəstək olmaq;
- Mətbəx işçilərini idarə etmək, o cümlədən işçilərin iş cədvəlini qurmaq və baş aşpaz olmadıqda intizam və inzibati məsələlərə nəzarət etmək;
- Yeməklərin keyfiyyətini yoxlamaq və bişirmə texnikasına nəzarət, yeməklərin hazırlanmasında komandaya rəhbərlik etmək;
- Yeni qəbul olan işçilərə və kiçik aşpazlara təlimlər keçmək;
- Baş aşpaza yemək menyularının yaradılmasında köməklik etmək;
- Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.
Əsas tələblər:
- Aşpaz kimi azı 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır;
- Çevik iş qrafikində işləmək bacarığı;
- Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 08.05.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.