Qısa məzmun
PASHA Bank şirkəti Korporativ istiqamət üzrə Hüquq /Baş Hüquq Mütəxəssisi vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Bütün istiqamətlər üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi;
- Yeni layihələrin qanunvericilik və prudensial tələblər baxımından analiz edilməsi;
- Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
- Bankın hüquq və maraqlarını tam qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və nəzərdən keçirilməsi;
- Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təklif layihələrinin hazırlanması;
- Bankın xarici vətəndaş olan işçilərinə iş icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
- Bankın daxili qaydalarının, siyasətlərinin və prosedurlarının hazırlanmasında, yenilənməsində və təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
- Bank inzibatçılarının və digər əməkdaşların müvafiq attestasiyadan keçmələri üçün zəruri hüquqi dəstəyin təmin edilməsi;
- Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin qeydiyyatı, müvafiq lisenziyaların alınması və fəaliyyəti üçün lazımi hüquqi dəstəyin göstərilməsi;
- Daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Əmək münasibətləri sahəsində bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Hüquq mütəxəssisi üçün 3 il, baş hüquq mütəxəssisi üçün 5 il
- Kompüter bilikləri: MS Office proqramları
- Dil bilikləri: səlis Azərbaycan və İngilis, orta Rus
- Digər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin mükəmməl biliyi və anlayışı, güclü ünsiyyət bacarıqları, planlaşdırma və təşkilatçılıq bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Korporativ istiqamət üzrə Hüquq Mütəxəssisi/Baş Hüquq Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.