Qısa məzmun
Veysəloğlu MMC şirkəti Korporativ Hüquq Tənzimləmə və Uyğunluq Şöbə Müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hüquq şöbələrinin işinin effektivliyini artırmaq üçün sistemin qurulmasında iştirak etmək;
- Hüquq şöbələrinin iş standartlarını işləyib hazırlamaq;
- Proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və sadələşdirilməsi üçün tədqiqatlar aparmaq;
- Təyin olunmuş strateji məqsədlərə nail olunmasını qiymətləndirmək;
- Mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı operativ idarəçiliyi həyata keçirmək;
- Zəruri hallarda Şirkətin maraqlarını məhkəmələrdə və digər qurumlarda təmsil etmək;
- Müvafiq əsasnamələri, reqlamentləri, təlimatları və sənədləri işləyib hazırlamaq;
- Hüquqi audit aparmaq və nəticələrinə dair hesabatlar hazırlamaq, aşkar edilmiş uyğunsuzluqları aradan qaldırılması istiqamətində addımlar atmaq;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi;
- Yüksək idarəetmə, çevik qərarvermə və təşkilatçılıq bacarığı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Korporativ Hüquq, Tənzimləmə və Uyğunluq Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Mənbə: JobSearch.az