Xadimə (Mərdəkan)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OMID LLC Xadimə (Mərdəkan) vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

İş haqqında məlumat:

  • İşin başlanmasına ən azı on beş dəqiqə qalmış mağazada olmalıdır;
  • İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;
  • Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;
  • İstirahət (çay, yemək) vaxtı da daxil olmaqla iş yerini ancaq mağaza müdiri və müdir müavininin icazəsi ilə tərk edə bilər;
  • Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır;
  • Mağazanın gündəlik təmizliyini və səliqə – səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;
  • Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;
  • İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir;
  • Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;
  • İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir.

Namizədə tələblər:

  • Mağazanın təmizlik normalarını;
  • Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını;
  • Davranış etikasını;
  • Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını;
  • Qəza halları zamanı fəaliyyətlərini;
  • Daxili nizam – intizam qaydalarını bilməlidir.

İş qrafiki:

  • 09:00-dan 18:00-dək
  • Həftə içi 6 gün
  • 1 gün istirahət
  • Əməkhaqqı: 400-450 +Bonus
  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Xadimə Mərdəkan” yazaraq cv@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...