Qısa məzmun
Ə/h razılaşma yolu ilə. CinemaPlus Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili bilən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəliklər:
- Hüquqi xarakterli sənədlərin hazırlanması (müqavilələr, əmrlər, memorandumlar və s.);
- Şirkətin məhkəmədə təmsil edilməsi, məhkəmələrin qərarlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
- Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
- Təsisçi və Müşahidə (Diretorlar) Şurasının qərarlarının, şirkət üzrə əmr və sərəncamlarını hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
- Hüquqi sorğulara cavabların hazırlanmasında iştirak etmək;
- Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Şirkəti təmsil etmək;
- Qanunvericiliyə dair hüquqi araşdırmanın həyata keçirilməsi;
- Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
- Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
- Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Namizədlərə tələblər:
- Yaş: 25-55;
- Ali hüquq təhsili ( magistr dərəcəsinin olması arzuolunandır);
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
- Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə minimum 3 il iş təcrübəsi;
- Təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
- Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
- Məxfilik, təhlil etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Hüquqşünas” qeyd etməklə hr@cinemaplus.az elektron poçt ünvanına göndərsinlər.