Qısa məzmun
PASHA Capital Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılmasının koordinasiyası (Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq);
- Mərkəzi Bank və müvafiq nəzarət orqanları ilə bütün qarşılıqlı əlaqələrin idarə olunması;
- Mərkəzi Bank tərəfindən müəyyən edilmiş əmsalların hesablanmasına nəzarət edilməsi;
- Maliyyə Uçotu Siyasətinin MUBS və MUMS əsasında işlənib hazırlanması və tətbiq edilməsi;
- Şirkətin Vergi Siyasətinin işlənib-hazırlanması, tətbiqi və vergi hesabatlığının təşkil edilməsi;
- Müvafiq hesabatların nəzarət orqanlarına (maliyyə və vergi) dəqiq və vaxtında təqdim olunması;
- Gündəlik cut-off-lara və EOM prosesinə nəzarət edilməsi;
- Gündəlik əsasda daxili müştərilərin sual və sorğularının cəvablandırılması;
- Vergi hesablanmasının, o cümlədən ödənilən və qaytarılan vergi məbləğinin düzgünlüyünü təmin etmək məqsədilə bütün ödənişlərin nəzərdən keçirilməsi;
- Mühasibat və vergi məsələləri üzrə metodoloji dəstək, müvafiq biznes vahidlərinə məsləhətlərin verilməsi;
- Qiymətli Kağızların uçotunu təmin etmək;
- Audit sorğusunun vaxtında icrasını təmin etmək;
- Şirkətin layihələrində Maliyyə Departamentinin təmsil edilməsi;
- Əmək haqqının hesablanması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Namizədlərə əsas tələblər:
- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
- Sahə üzrə 2 – 4 il iş təcrübəsi (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
- Milli Mühasibat Uçotu Standartları, ACCA / Dip İFRS / CIMA sertifikatları;
- AR Vergi Məcəlləsi bilikləri;
- Azərbaycan, rus və ingilis dillərində iş aparmaq qabiliyyəti;
- SAP proqram bilikləri;
- Analitik bacarıqlar;
- Güclü Excel bilikləri;
- Bazar üzrə biliklər;
- Məsuliyyətlilik və operativlik.
Maraqlanan şəxslər elektron məktub başlığında “Mühasibatlıq, vergi və xarici hesabatlıq üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
CV-lərin göndərilməsi üçün son tarix:30.04.2022-ci il.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...