Qısa məzmun
eManat şirkəti Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;.
- Sorğuların düzgün ( qəbul olunmuş təlimatlara) işlənilməsi.
- Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
- Ünsiyyətçil və səbrli olma bacarığı;
- Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
- Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
- Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
Namizədə qoyulan tələblər:
- Bəy namizədlər
- Ali təhsilli
- Dil Bilikləri – Azərbaycan dili (ana dili) rus dili (əla)
- MS office proqramları
- Nitqində qüsur olmamalı;
- Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
- Verilən tapşırığa adaptasiya olma bacarığı;
- Kollektivə uyğunlaşma bacarığı.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 6 günü
- İş saatları növbəli (09:00-18:00,17:00-23:00)
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi”yazılmalıdır.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...