Qısa məzmun
CÀSÀ Culinary Arts Center of Azerbaijan Xadimə-qabyuyan vəzifəsi üzrə vakansiya elan edir.
Son tarix: 15.05.2022
Vəzifə öhdəlikləri:
- Ofisdə, mətbəxdə və kafedə müvafiq yerləri silib-süpürmək
- Əl, maşın və ya mexanizmlərin köməyi ilə döşəmənin, divarların, tavanın, pilləkənlərin, pəncərə altlarının, pəncərə çərçivələrinin və şüşələrin, qapı bloklarının, mebelin və palaz örtüklərinin tozunu silmək, süpürmək və yumaq.
- Qabların yuyulması, istifadə olunmuş qabların stolların üstündən götürülməsi, stolların üstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması təmin etmək (mətbəx, restoran)
- Sanitar qovşağın divarları və digər sanitariya texnikasını silmək, təmizləmək, yumaq və xüsusi məhlullarla dezinfeksiya etmək.
- Tullantı və zibili yığmaq və təyin edilmiş yerə çıxarmaq
- İnteryerin dekorativ hissəsini, o cümlədən şəkil və rəsm tablolarının çərçivələrini təmizləmək.
- Müəssisədə qəbul edilmiş əmək intizamı qaydalarına riayət etmək.
İş tələbləri:
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi
- Səliqəli və təmizkar olmalı
- Həmkarları ilə şəxsiyyətlərarası münasibətlər inkişaf etdirmə təcrübəsi
- Tənqidi düşünən və problem həll etmə bacarıqları
- Yaxşı vaxt idarəetmə bacarıqları
İş şəraiti:
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
- 6 günlük iş həftəsi
- İş növbəlidir və qrafik əsasında tənzimlənir
- Əmək haqqı 400 azn NET
Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Xadimə-qabyuyan” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.
Mənbə: JobSearch.az