Qısa məzmun
GM Construction SƏTƏM üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəliyi:
- Şirkətdə Əməyin mühafizəsi və təhlükəsizliyinin idarəetmə sistemini yaratmaq və onun tətbiqini təmin etmək;
- Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər təklif etmək;
- İş şəraitində riskləri qiymətləndirmək və ona uyğun tədbirlər planını hazırlamaq;
- Sahədə mütamadi yoxlamalar apararaq nöqsan və qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək, onların aradan qaldırılması üzrə müvafiq prosedurlar hazırlayaraq tətbiq etmək;
- SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimləri təşkil və təmin etmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İş prosesində hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək ;-
- İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
- Sahədə aparılan işləri “İş icazəsinə” əsasən tətbiq etmək;
- Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılmasını təşkil etmək;
- Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühüm önləyici addımlar atmaq;
- İş şəraitinin, avadanlıqların və fəaliyyətin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
- SƏTƏM üzrə KPİ sistemini hazırlanmasında və tətbiqinə iştirak etmək;
- Tabeçiliyində olan şöbə əməkdaşlarını düzgün idarə etmək, onlar arasında tapşırıqları bölüşdürmək, fəaliyyətlərinə nəzarət edərək qiymətləndirmək, SƏTƏM üzrə illik məqsəd və hədəflərə çatmaq üçün lazəmə tədbirlər planını hazırlamaq.
Nəyi bilməlidir:
- Əməyin təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;
- İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasını;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunması metodlarını;
- Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatlarını;
- Yaxşı səviyyədə rus və ingilis dilini;
- Sərbəst istifadəçi səviyyəsində Microsoft Word, Excel, Outlook proqramlarını.
Nəyi bacarmalıdır:
- Yüksək davranış və ünsiyyəti;
- Düzgün təhliletmə və qərarverməni;
- Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;
- Detallara diqqət yetirmə;
- Çeviklik.
Xüsusi tələblər:
- Texniki sahə üzrə ali təhsil;
- Beynəlxalq sertifikatın (IOSH və ya NEBOSH) olması;
- Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
- Səliqəli xarici görünüş;
- Sağlamlığında məhdudiyyətin olmaması və yaxşı fiziki hazırlıq;
- Ezamiyyələrə hazır olmaq;
- Vaxtaşırı rotasiya;
- Sürücülük təcrübəsi.
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Stresə qalib gəlmə;
- Tələbetmə və yönləndirmə;
- Komandada işləmə və düzgün idarəetmə.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- AR ƏM -nə müvafiq sənədləşmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun (2000 – 2500 man) təyin olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlər elektron poçtuna mövzu yerində “SƏTƏM üzrə menecer” qeyd etməklə yalnız azərbaycan dilində CV (əcnəbi dildə tərtib olunmuş CV-lərə baxılmayacaq) göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...