Smeta mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilməlidir.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya, melarasiya vb)
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
  • Layhəyə əsasən iş həcmlərinin çıxarılması
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması; Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
  • Əmək-haqqqi və içra fondlarını hazırlamağı
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
  • Sahələrdən gələn texniki hesabatların yoxlanmasını
  • Layihədəki büdcə risklərin analizi
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  • Tikinti materialları və inventarına nəzarət;
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;

Namizədə dair tələblər:

  • Mühəndis / memar  ixtisası üzrə ali təhsil
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilməli;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilməli
  • İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
  • Mülkü,sənaye,yeraltı tikili və qurğuların,elektrik, mexaniki işlər,havalandırma,ventilyasiya,meliorasiya işləri üzrə bilikləri olan
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus
  • Komputer bilikləri: Excel və AutoCAD, 1C proqramları üzrə biliklər
  • Məsuliyyət, təşəbbüskarlıq,çeviklik,nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;

Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük iş qrafiki;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Smeta mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı