Qısa məzmun
Holcim Azerbaijan şirkəti Data Analyst & Reporting Specialist vakansiya elan edir.
Şöbə: Logistika
İş vaxtı: Tam iş vaxtı
Vəzifələr:
- Əsas əməliyyatlar və əsas performans göstəricisi üzrə hesabatların təkmilləşdirilməsi,inkişafı və təqdim edilməsi,
- Yalnız müntəzəm məlumatları hazırlamaq və təqdim etmək deyil, həm də bu məlumatları analiz etmək bacarığına malik olmaq, həmçinin tendensiyanı və əməliyyatları tövsiyyələrlə şərh etmək bacarığı
- Logistika şöbəsinin büdcəsinə nəzarət və izləmə
- Gündəlik və aylıq olaraq altlıqların hesabatının hazırlanması və hazırlanmış hesabatın müştərilərlə,daşıyıcı şirkətlərlə və yükləmə sexi ilə yoxlanılması.
- Yaradılmış sifarişlərin statistik hesabatı və nəqliyyat daşınmalarının nəticələri üzrə hesabat
- Schenk, Logon və SAP arasında yaradılmış aylıq sifarişlərin uzlaşdırılması
- Yol vərəqələrinin toplanması və arxivləşdirilməsi (imza, möhür)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq arxivləşdirilmiş sənədlərin (yol vərəqələrinin) məhv edilməsi prosesini vaxtında aparmaq.
- Nəqliyyat xərclərinin və Nəqliyyat xidmətləri üzrə aktların üzləşdirilməsi (SAP və Subpodratçılar)
- Logistika şöbəsinin büdcəsinin izlənməsi və nəzarəti, büdcə və fin planın hazırlanmasında logistika üzrə menecerə dəstəyin göstərilməsi.
- “SAP” proqramından məsul şəxs (əsas istifadəçi)
- Zərurət olduqda, İşçiyə müvafiq şöbədəki vəzifə ilə əlaqəli əlavə və ya digər işlər həvalə edilə bilər
- Şöbədə aparılan proektlərin icrasında iştirak (prosseslərin avtomatlaşdırılması və avtomatizasiyası)
Tələb olunan keyfiyyətlər:
Təhsil və İş təcrübəsi:
- Kollec və ya Ali təhsil
- İŞ TƏCRÜBƏSİ: oxşar vəzifədə 2 ildən artıq iş təcrübəsi
- KOMPÜTER BACARIĞI: MS Office bacarığı – SAP və ya ona bərabər proqram haqqında səlist biliyin olması
- XARİCİ DİLLƏR: Azərbaycan-səlist, Upper-intermediate səviyyəsindən aşağı olmayan İngilis dili bacarığı. Rus- üstünlük sayılır lakin məcburi deyil.
Müraciət proseduru:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə DARS yazmaqla ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək
Ərizələrin son qəbul tarixi: May 04, 2022
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...