Müqavilələr Üzrə Hüquqşünas
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group şirkəti Müqavilələr Üzrə Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu bütün müqavilələrin hazırlanmasını, dövriyyəsini, danışıqların aparılmasını, imzalanmasını, arxivləşdirilməsini və s. prosesləri icra və idarə etməkdir.Vəzifə öhdəlikləri:

  • Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, alğı-satqı, xidmət və hər növ kommersiya müqavilələri daxil olmaqla) və onlara düzəlişləri hazırlayır və/və ya nəzərdən keçirir
  • Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
  • Şirkətin müvafiq departamentləri ilə kommersiya şərtləri üzrə danışıqları əlaqələndirir
  • Bütün imzalanmış müqavilələrin onlayn və oflayn rejimdə arxivləşdirilməsini təşkil edir və idarə edir
  • Zəruri hallarda digər hüquqi məsələlərdə hüquq şöbəsinə köməklik göstərir

Əsas tələblər:

Təhsil:

  • Hüquq üzrə ali təhsil

Təcrübə:

  • Müqavilə hüququ ilə əlaqəli sahələrdə ən azı 1 il

Professional Biliklər:

  • Müqavilə, korporativ və kommersiya üzrə qanunvericilik
  • Əla səviyyədə Rus və İngilis dili
  • MS Office proqramları

Professional Bacarıqlar və Kompetensiyalar:

  • Danışıqlar aparmaq bacarıqları
  • Biznes kommunikasiyası
  • Təşkilati bacarıqlar
  • Detal yönümlülük
  • Vaxtın idarə edilməsi
  • Nəticə yönümlülük
  • Problemlərin həlli

Proaktiv düşünmə  Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Hüquqşünas

ASADZADESANAN MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

26.12.2024 - Bakı