Qısa məzmun
Golden Coast Hotel Aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
Namizədə bağlı tələblər:
- Kişi namizəd ;
- Həmin sahədə 2–5 il iş təcrübəsi;
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
- Beynəlxalq və milli mətbəxi yaxşı səviyyədə bilməli;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Ünsiyyət qurma bacarığı;
İş Şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı : təcrübəyə əsasən.