Qısa məzmun
Azerbaijan Fish Farm şirkəti İxtiopatologiya üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Baytarlıq, ixtiologiya, ixtiopatologiya və ya buna uyğun sahələr üzrə ali təhsil;
- Minimum 6 ay iş təcrübəsi;
- Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
- İstehsalat sahəsində təcrübə;
- Baytarlıq, laboratoriya, ixtiologiya, epidemiologiya üzrə sertifikatlar;
- Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət.
Vəzifə üzrə öhdəliklər:
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıq xəstəliklərinin baş verməsinin qarşısının alınması məqsədi ilə qabaqlayıcı (preventiv) tədbirlərin həyata keçirilməsində iştirak edir;
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıqlar arasında baş verən xəstəliklərin etiologiyası və patologiyasını öyrənilməsinə köməklik edir;
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların sağlamlaşdırılması yollarını təhlil edilməsində iştirak edir və sağlamlaşdırıcı tədbirləri həyata keçirir;
- AFF-ə aid balıqçılıq təsərrüfatında balıqların müayinəsində iştirak edir və təyin olunmuş müalicə üzrə tədbirləri həyata keçirir;
- Balıqların genetik müayinələri üzrə tədbirlərin həyata keçirilməsində iştirak edir;
- İllik müalicə və profilaktika üzrə tədbirlər planının tərtib edilməsində iştirak edir;
- İxtiopatoloji məsələlərlə bağlı daim ixtiopatoloqu və təsərrüfat rəhbərini məlumatlandırır, ixtiopatoloji məsləhət alır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İxtiopatologiya üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.