Qısa məzmun
PASHA Bank şirkəti Baş Müştəri Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Yerli və beynəlxalq maliyyə institutları ilə əlaqələrin idarəedilməsi və beynəlxalq reytinq agentlikləri ilə koordinasiyası;
- Sindikatlar, ticarətin maliyyələşdirilməsi, ödənişlər və kredit xətti üzrə işin təşkili;
- Bütün bankdaxili və xarici müştəri sorğularının icrası, sorğuların bankdaxili koordinasiyası və ehtiyaca uyğunlaşdırılmış həll yollarının təmin edilməsi;
- Nostro hesabların açılması və effektiv idarəedilməsi;
- Pul bazarı və sabit gəlir sövdələşmələrinin koordinasiyası;
- Bank üçün əlverişli tranzaksiyaların aparılması məqsədilə yerli və beynəlxalq FX və pul bazarı tərəfdaşlarının axtarılması;
- Fövqəladə hal zamanı əlaqələrin yaradılması üçün regionlarda bütün bankların və maliyyə institutlarının və ya yerli nümayəndəliklərin, regional nümayəndəliklərin əlaqə məlumatlarının saxlanılması və yenilənməsi;
- Maliyyə risklərinin bankın risk iştahasına, riskin idarəedilməsi siyasət və prosedurlarına uyğun idarəsinin təmin edilməsi;
- Bankın siyasət və prosedurlarına uyğun şəkildə xarici və yerli maliyyə təşkilatları ilə xarici valyuta mübadiləsini həyata keçirməklə bankın valyuta mövqeyinin Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun idarəsi;
- Gündəlik və ya aylıq hesabatların tərtib edilməsi;
- Texniki koordinasiya və kiçik mütəxəssislərin inkişafı və işinə nəzarətin və dəstəyin təmin edilməsi;
- İcra strategiyaları və qərarlarının təhlili və təkmilləşdirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Xəzinədarlıq və ya oxşar sahə üzrə minimum 4 il
- Xarici dil: İngilis və Rus
- Lisenziya/ Sertifikat: CFA və DipIFR üzrə sertifikatlar
- Kompüter bilikləri: Microsoft Office
Digər:
- Xarici və yerli kapital bazarı anlayışı
- Xarici və yerli pul bazarı anlayışı
- Xarici və yerli FX bazarı anlayışı
- Xarici və yerli QK bazarı anlayışı
- Xəzinədarlıq məhsullarının anlayışı
- Xarici və yerli törəmə məhsullarının anlayışı
- Ümumi maliyyə bilikləri
- Bütün bank məhsulları haqqında biliklər
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 13.05.2022-ci il tarixinədək başlıqda “Baş Müştəri Meneceri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...